652019e19e0f0202310232953
Tərtər sakini minaya düşərək həlak olub, araşdırma aparılır

Oktyabrın 6-da saat 17 radələrində Tərtər rayonunun işğaldan azad edilmiş Həsənqaya kəndi ərazisində 1989-cu il təvəllüdlü mülki şəxs Yaquar Hadıyevin dəmir tullantıları toplayarkən mina partlaması nəticəsində ölməsi faktı üzrə Tərtər rayon prokurorluğunda araşdırma aparılır.


Bu barədə BAKU.WS-in sorğusuna cavab olaraq Baş Prokurorluğun Mətbuat xidmətindən bildirilib.

Xatırladaq ki, Yaquar Hadıyev daha öncə də minaya düşüb. Belə ki, 2023-cü martın 9-da Tərtər rayonunun Çaylı kəndi ərazisində minalardan təmizlənməmiş ərazidə piyada əleyhinə minanın partlayışı baş verib.

Mina partlayışı nəticəsində xəsarət alan 1989-cu il təvəllüdlü Hadıyev Yaquar Əliheydər oğlu xəstəxanaya yerləşdirilib və sol ayağı amputasiya edilib.

Panarama.az  bildirir ki,  Daxili İşlər Nazirliyinin mətbuat xidməti məlumat yayıb.Araşdırma aparılır.

06.10.2023 18:24
320

(MGID): :
OXŞAR XƏBƏRLƏR