Yanvarın 1-də Tərtər şəhəri, Nizami küçəsində yerləşən fərdi yaşayış evlərindən birinin qarşısında 2006-cı il təvəllüdlü Canpolad Tağıyevin öldürülməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.
Aparılan araşdırma zamanı 2009-cu il təvəllüdlü Fuad Quluzadənin aralarında yaranmış mübahisə zamanı Canpolad Tağıyevə kəsici-deşici alətlə bir neçə dəfə xəsarət yetirərək qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.
Qonşu Xəzər Rzazadənin sözlərinə görə, hadisəni törədən yeniyetmə içkili vəziyyətdə olub:
“Yanımızda böyüyən uşaqdır, aralarında heç bir münaqişə olmayıb. İkisi də sakit uşaq idi. Bir az içkili idi. Sözləri bir-birinin boğazından keçməyib”.
Faktla bağlı rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb, Fuad Quluzadə şübhəli şəxs qismində tutulub. Hazırda cinayət işi üzrə ibtidai istintaq davam edir./baku.ws
Ətraflı Baku TV-nin süjetində: