"Tesla"nın robotu nasazlıq səbəbindən Ostin yaxınlığındakı "Giga Texas" zavodunda işçiyə hücum edib.
Panarama.az publika.az-a istinadən xəbər verir ki, bu barədə "Daily Mail" yazıb.
Bildirilib ki, robot işçiyə hücum etmək üçün metal caynaqlarından istifadə edib. Hücum nəticəsində kişi kürəyindən və qolundan yaralanıb.
Həmçinin bildirilir ki, iki şahid robotun həmkarına necə hücum etdiyini görəndə baş verənlərdən dəhşətə gəliblər.
Qeyd olunur ki, robot yeni tökmə alüminium avtomobil hissələrini tutmaq və hərəkət etdirmək üçün nəzərdə tutulub.
Hadisə 2021-ci il üçün açıqlanan zədə hesabatında aşkar edilib.