64eaeefe3c892202308233646
Tətildən sonra işə adaptasiya olmaq üçün nə edilməlidir?

Bu gündən iş günləri başlayıb. 9 günlük tətildən sonra işə başlamaq isə bəzi insanlar üçün əsl işgəncədir. İstədiyin zaman yuxudan oyanmaq, azad hiss etmək, işləmək kimi məcburiyyətinin olmadığını bilmək gözəl hissdir. Amma tətil bitdikdən sonra yenidən əvvəlki kimi işləmək, tez yuxudan oyanmaq, işə öyrəşə bilmək çox üçün problem yaradır. Hətta əksər insanlar tətildən sonra işə adaptasiya ola bilmədikləri üçün işdən ayrılmağı belə düşünürlər.

Tətildən sonra işə adaptasiya olmaq üçün nə edilməlidir?

Psixoloq Ramin Hacıyev Bizimyol.info xəbər portalına müsahibəsində bildirib ki, insanlar çox zaman ancaq tətildə əylənir, özlərini xoşbəxt hiss edə bilirlər. Bu vəziyyət bitdikdə isə, uzun müddət işə alışa bilmirlər. Çünki insanların tətil anlayışı düzgün deyil. Bəziləri düşünür ki, ancaq tətildə istirahət edə bilər, istədiyi yerlərə gedə bilər. Amma bu, hər zaman mümkün olmalıdır.

 

Tətildən sonra işə həvəslə başlaya bilmək üçün:

Sizi əyləndirən fəaliyyətləri təkcə tətil zamanı etməyin.

Həyatınıza qatdığını kiçik rənglər iş həyatınzda olan uğuru da artırar.

Tətildə olan zaman özünüzü tətil ruhuna buraxıb, heç bir zaman işləməyəcəksiniz kimi davranmayın.

“Tətil həyatınızdakı məhsuldarlığı artırmaq üçün lazımlı olan, stresdən uzaq olacağınız bir dövrdür, yoxsa işdən soyuyacağınız bir dönəm? Tətilə çıxmamışdan əvvəl, tətilin sizin üçün olan mənasını müəyyənləşdirin. Tətilə çıxdığınız zaman necə bir tətil keçirəcəyinizi öncədən planlaşdırın. Döndüyünüz zaman işə rahat adaptasiya ola bilmək üçün işlə bağlı bütün xırdalıqları, detalları özünü üçün müəyyən edin. İlk iş günü nə ilə məşğul olacağınızı düşünün. Proqram hazırlayın. Adaptasiyanı asanlaşdırmaq üçün ilk iş günündə ağır işlərdən tutmayın”.

Aparılan araşdırmalara görə, bir həftədən çox olan tətillərdən sonra işə adaptasiya olmaq 3 gün davam edir. İki həftəlik tətil üçün isə bu 4 gündür. Mütəxəssislərin fikrincə, hər 10 nəfərdən 6-sı tətildən sonra işə gəlməkdə çətinlik çəkir. Hər 10 nəfərdən 4-ü isə, işdən evə qayıdan zaman çox narahat olur.

 

Adaptasiya ola bilmək üçün yeni iş günündən bütün gün işləməməli, ara-sıra gəzməli, qəhvə içməlisiniz. Gün ərzində ən az 2 dəfə 20 dəqiqə gəzə bilməlisiniz. Belə olan təqdirdə, tətildən sonra işləmək gözünüzə çətin görünməyəcək.

27.08.2023 10:35
173

(MGID): :
OXŞAR XƏBƏRLƏR