676c856e34867202412242134
Təyyarə qəzasında həlak olduğu ehtimal edilən stüardessanın atası DANIŞDI: "Zəng edib dedilər ki, başınız sağ olsun!"... VİDEO

"Azərbaycan Hava Yollarından mənə xəbər verdilər ki, başınız sağ olsun!"

Bu sözləri Qazaxıstanda qəzaya uğrayan təyyarədə olan stüardessa Hökümə Əliyevanın atası deyib.

O bildirib ki, xəstəxana ilə əlaqə saxlayıblar və ehtimal var ki, yaralılar arasında qızı da olsun, amma hələ dəqiq məlumat yoxdur.

"Hökümə Əliyeva 1991-ci ildə Kəlbəcər rayonunda anadan olub. Ailəli idi, övladı yoxdur. O, BDU-nun Hüquq fakültəsinin magistratura pilləsini bitirib və 2016-cı ildən hava yollarında çalışırdı".

Ətraflı süjetdə:


 


 19:52 


 Bu gün Qazaxıstanda qəzaya uğrayan AZAL-a məxsus təyyarədə 5 ekipaj üzvü olub.


Panarama.az Oxu.az-a istinadən xəbər verir ki, təyyarənin hər iki pilotu - İqor Kşnyakin və Kalyaninov Aleksand həlak olublar. Həmçinin stüardessalardan biri Əliyeva Hökümənin də adı sağ qalanlar arasında yoxdur. Ə.Hökümənin qardaşı Coşqun Nəsibli "Unikal"a bildirib ki, bacısının şəxsiyyətinin müəyyən edilməsi üçün ondan analiz götürülüb: "Prokurorluqdan gəlirəm, məndən DNT analizi götürdülər. Yəqin vəziyyət pisdir, hələ müəyyən edə bilməyiblər". Stüard Əsədov Zülfüqar və stüardessa Rəhimli Aydan isə müxtəlif dərəcəli xəsarətlərlə xəstəxanaya çatdırılıblar. Qeyd edək ki, Hökümə Əliyeva əslən Kəlbəcər rayonundan olan Gəncə sakinidir. O, BDU-da hüquq üzrə magistratura pilləsini bitirib.



26.12.2024 02:19
1046

(MGID): :
OXŞAR XƏBƏRLƏR