Aktauda qəzaya uğramış AZAL-ın Bakı-Qroznı reysini həyata keçirən təyyarənin sağ qalan sərnişinlərindən 14 nəfər, o cümlədən bir uşaq Azərbaycana yola salınır.
Panarama.az APA-ya istinadən xəbər verir ki, yaralılar həkim briqadasının müşayiəti altında Fövqəladə Hallar Nazirliyinin (FHN) xüsusi təyyarəsi ilə gətirilir.
10:26
Qazaxıstanın Aktau şəhəri yaxınlığında qəzaya uğramış AZAL-ın Bakı-Qroznı reysini həyata keçirən təyyarənin qəzası nəticəsində sağ qalan sərnişinlərdən 12 nəfər bu gün ölkəyə gətirilir.
Oxu.Az "Report"a istinadən xəbər verir ki, vəziyyəti qənaətbəxş olan 7 nəfər adi reys, vəziyyəti orta ağır qiymətləndirilən 5 sərnişin isə ayrılmış həkim briqadasının müşayiəti altında Fövqəladə Hallar Nazirliyinin xüsusi təyyarəsi ilə Bakıya gətirilir.