64ec8c87653eb202308230111
Təyyarədə 2 yaşlı uşağın ürəyi dayandı

Banqalordan Dehliyə uçan təyyarədə 2 yaşlı uşaq ürək tutması keçirib.


Panarama.az  xəbər verir ki, bu barədə "News 18" məlumat yayıb.

Mənbənin sözlərinə görə, qəza siqnalı elan edildikdən sonra təyyarə təcili olaraq Hindistanın Naqpur şəhərinə yönləndirilib. Qeyd olunur ki, iki yaşlı qızın nəfəsi dayanıb, nəbzi itib, əzalarında soyuqluq yaranıb.

Uşağı eyni uçuşu izləyən Bütün Hindistan Tibb Elmləri İnstitutunun beş nəfərlik həkim qrupu xilas edib. 45 dəqiqə ərzində 2 yaşlı sərnişin reanimasiya edilib və Naqpurda vəziyyəti stabil olaraq həkimə aparılıb.

28.08.2023 15:58
232

(MGID): :
OXŞAR XƏBƏRLƏR