663a4914ed678202405243028
Tolikin verilişində dava düşdü: Sizi qatlayıb cibimə qoyaram - VİDEO

Canlı yayımda müğənnilərin sözü bir-birinin boğazından keçməyib.

Panarama.az Yenisabah.az-a istinadla xəbər verir ki, ifaçı Mehriban Qəmbərova ilə Pünhan Piriyev söz savaşına çıxıb.

Hadisə “Tarixin bir günü” verilişində baş verib.

M.Qəmbərova ilə mübahisə edən Pünhan Piriyev əsəblərinə hakim ola bilməyib və qışqırmağa başlayıb.

Verilişin aparıcısı Tarix Əliyev (Tolik) tərəfləri sakitləşdirməyə çalışaraq mübahisəni sonlandırmalarını tələb edib:

“Lüftən mübahisəni dayandırın, mən Zaur deyiləm. Pünhan, sakit ol, sənin anan da efirdən bizə baxır, onun əllərindən öpürəm, onu həyəcanlandırma. Əziz aparıcılar, baxın. Mən bu mübahisəni dayandırdım, sabah siz də Mehribanla Pünhanı efirə çağırıb bir-birinə qırdırmayın. Dava-qırğın lazım olsa, bilirsiniz ki, sizi qatlayıb cibimə qoyaram, amma bunu etmirəm”. 


07.05.2024 19:28
1371

(MGID): :
OXŞAR XƏBƏRLƏR