6527652160470202310231649
“Toppuş bacı”nın qızı seriala çəkilir - VİDEO

Mərhum Əməkdar artist Tünzalə Əliyevanın qızı Zəhra seriala çəkilir.

Panarama.az publika.az-a istinadən  xəbər verir ki, bu barədə "Xəbər-ətər" verilişində danışılıb.

O, "İkinci bahar" adlı serialda "Toppuş" obrazını canlandırır.

Ekran işinin baş rol ifaçısı Əməkdar artist Dilarə Əliyeva Zəhranın olduqca istedadlı olduğunu deyib: "Səhnədə, ekranda olmağı haqq edən balaca aktrisadır. İnşallah parlaq gələcəyi olacaq, gözəl və maraqlı xarakterləri ilə tamaşaçıları sevindirəcək".

Xatırladaq ki, T. Əliyeva bu il yanvarın 22-də vəfat edib. "Toppuş bacı" obrazı ilə məşhurlaşan aktrisa xərçəng xəstəliyindən əziyyət çəkirdi.


12.10.2023 07:15
892

(MGID): :
OXŞAR XƏBƏRLƏR