65125e4c5f7f4202309233004
Torpaq sürüşməsi nəticəsində 7 nəfər öldü

Meksikanın qərbindəki Xalisko ştatında baş verən sürüşmə nəticəsində 7 nəfər ölüb, 9 nəfər itkin düşüb.

Panarama.az Lent.az-a istinadən bildirir ki, bu barədə yerli Heraldo de Mexico qəzeti məlumat yayıb.

Qeyd olunur ki, sürüşməyə səbəb bazar ertəsi səhər saatlarında bölgəyə yağan güclü yağış olub. Xilasedicilərin sözlərinə görə, hadisə baş verən ərazidə bəzi evlər də dağılıb.


26.09.2023 08:28
352

(MGID): :
OXŞAR XƏBƏRLƏR