Azərbaycan Dəmir Yollarından (ADY) APA-ya bildirilib ki, daha bir piyada diqqətsizliyi ağır qəzaya səbəb olub.
Bu gün saat 20:55 radələrində ADY-yə məxsus teplovoz Tovuz stansiyasında hərəkətdə olarkən bir nəfər naməlum şəxs dəmir yolu xəttini müəyyən olunmamış yerdən qəfil keçməyə cəhd edib.
Maşinist təcili tormozlama aparsa da, məsafə az olduğundan toqquşma qaçılmaz olub və həmin şəxs hadisə nəticəsində dünyasını dəyişib.
Saat 22:02
Tovuzda dəmir yolunda piyada ölüb.
APA-nın yerli bürosunun məlumatına görə, hadisə Tovuz stansiyasının yaxınlığında qeydə alınıb.
Hərəkətdə olan qatar dəmir yolunu keçmək istəyən 1968-ci il təvəllüdlü Azər Mirzəyevi vurub
Həmin şəxs hadisə yerində ölüb.
Faktla bağlı araşdırma aparılır.