6555b63beac1d202311232707
Azərbaycanda polis bu qadını axtarır - FOTO

Naftalanda itkin düşən şəxs axtarılır.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Gəncə regional qrupundan verilən məlumata görə, Ucar rayon Küçəkənd kənd sakini 1996-cı il təvəllüdlü Fatimə Quliyeva noyabr ayının 11-də Naftalan şəhərində yaşayan valideynlərinin evindən çıxaraq bir daha geri qayıtmayıb.

Həmin şəxsin əlamətləri belədir: boyu 155 sm, gözlərinin rəngi qəhvəyi, orta bədən quruluşludur. Evdən çıxarkən onun əynində qara rəngli hicab və dini geyim olub.

Şəkildə gördüyünüz şəxsi tanıyanlardan və barəsində məlumatı olanlardan DİN-in “102 Zəng Mərkəzi” xidmətinə, həmçinin 050-664-94-00, 050-242-26-66 mobil nömrəsinə zəng vuraraq məlumat vermələri xahiş olunur./baku.ws

16.11.2023 10:26
497

(MGID): :
OXŞAR XƏBƏRLƏR