6555b5a63d8c8202311232438
"Toyda 4 tərəfimdə kişilər oynayırdı, bu hal məni narahat etmirdi, çünki..."

"Elnarə Abdullayeva sənətdə olan xanımdır və sənətkardır. Danışdığı hər şey düppədüzdür, dəstəkləyirəm. Nəyi pis deyir? Kimin acığı tutursa, getsin bir stəkan su içsin! Əyri yolda olanlara Elnarə xanımın fikirləri sərf eləməz axı..."

Bu sözləri yenisabah.az-a müğənni Afət Fərmanqızı deyib. Müğənni həmkarı Elnarə Abdulllayevanın əyri yolda olan qadınları qınaq atəşinə tutmasına haqq qazandırıb: 

"Elnarə xanım hər şeyi düz deyir! Mən fəxr edirəm ki, incəsənətdə Elnarə xanım kimi əxlaqlı, lider müğənnilərimiz var, onlara baxanda bizim sənətimizin adı yüksəlir. Bəzi əxlaqsızlar var ki, onlara görə sənətimizin adı alçalır. Qoy Elnarə xanım kimi sənətkarlarımız çox olsun ki, sənətimizin adı da gözəl olsun. Sabah birinin qapısını döyəndə oğlumuza qız versinlər, qızımız olanda layiqli, yaxşı yerdən istəsinlər, desinlər ki, nə olub müğənnilərə. Bizim sənətin adı elə günə qoyublar ki..." 

Sənətçi toy məclislərində başına gələn bəzi hadisələri bölüşüb: "Elnarə xanım danışdıqca toy məclislərindən olan görüntülər mənim gözümün önündən keçdi. Bu yaxınlarda Krasnoyarskda toy məclisində idim, məclisdə iştirak edən 500 nəfərdən 400-ü kişi idi. Özü də musiqiçilərə yaxın oturmuşdular, ifa etdiyim yerdə bir də gördüm ki, ətrafımda 150-ə yaxın kişi rəqs edir, mən də mərkəzdə tək qalmışam. Özümü heç də pis abu-havada hiss etmədim, məni yüksək alqışlarla dəstəkləyirdilər. Hər şey insanın özündən asılıdır, məsəl var deyirlər, insanı geyiminə görə qarşıla, ağlına görə yola sal. Mən özümə cavabdehəm, istər geyimimdə, istər davranışımda düşünürəm ki, xalqın yalnız rəğbətini qazanıram və qazanacağam da. 

Sizinlə bölüşdüyüm görüntülərdəki toy məclisində 700 nəfər iştirak edirdi, mən sənət yoldaşlarımla tək oxuyurdum, xanımlar da adigər tərəfdə oynayırdı, bir də gördüm ki, mahnı bəylərin sümüyünə düşüb və rəqs etməyə başlayıblar, dörd bir tərəfimdə bəy əfəndilər oynayır. Sözümün canı odur ki, bu cür vəziyyət məni narahat etmir, çünki aslanın erkəyi, dişisi olmaz". 

A.Fərmanqızının sözlərinə görə, acıdil olması bəzi məqamlarda məclislərdə işinə yarayır: "Toy məclislərində başımıza çox əhavalatlar gəlir. Bu yaxınlarda Surqutda toyda idim, bir kişi mənə yaxınlaşıb dedi ki, olarmı sizin nömrənizi götürək toya dəvət etmək üçün? Dedim niyə olmur? Nömrəni verəndə gördüm kişi arxasındakı kişiyə boylanıb deyir ki, "Gəl də". Sonra mənə dedi ki, əslində nömrə onlara lazımdır, bu yaxınlarda qızının toyu olacaq, dəvət etmək istəyir, amma sizdən qorxur. 

Yəni mən bu cür imic qazanmışam, hər kəs özünə cavabdehdir. Mənim bir az acıdil olmağım əslində sənətimdə kömək olur. Bəzən məclislərdə içib özünü apara bilməyən insanlar olur, belə olan halda bu xasiyyətim köməyimə gəlir. İçki məclisidir, bəzən sərxoş olub özünü apara bilməyən kişilər olur, həmin dəqiqə xasiyyətimin acı tərəfini işə salıram və hər şey yoluna düşür, nə toyda problem yaranır, nə də özümə və həmin şəxsə qarşı. Bir az sərt olmağın da yeri var, elə adam var ki. sənin mülayimliyindən sui-istifadə edir, bu məqamda sərtliyi işə salmalısan".

16.11.2023 10:24
315

(MGID): :
OXŞAR XƏBƏRLƏR