6521b9655b50a202310230245
Toyda sözləri çəp gələn həmkəndllər bıçağa əl atdılar-YENİLƏNİB

Oktyabrın 7-də axşam saatlarında Sabirabad rayonunun Çöl Dəllək kənd sakini, 1991-ci il təvəllüdlü S.Dəmirovun kəsilmiş-deşilmiş xəsarət alması barədə polisə məlumat daxil olub.
Panarama.az bildirir ki, Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şirvan regional qrupundan Lent.az-a verilən məlumata görə, cinayət əməlini törətməkdə şübhəli bilinən şəxsin saxlanılması istiqamətində tədbirlər görülür. 

Əlavə məlumat veriləcəkdir.


*** 22.02

Sabirabad sakini çoxsaylı bıçaq xəsarətləri ilə xəstəxanaya yerləşdirlib.

Panarama.az-ın lent.az-a istinadən  məlumatına görə, Sabirabad rayonunun Dəllək kənd sakini, 1991-ci il  təvəllüdlü Dəmirov Samir Sadiq oğlu bədəninin müxtəlif nahiyələrindən bıçaq yaraları ilə Şirvan şəhər xəstəxanasına yerləşdirlib və əməliyyata götürülüb.

Bildirilir ki, S.Dəmirov həmkəndlisi tərəfindən  bıçaqlanıb. Belə ki, toy mərasimində iştirak edən həmkəndlilər arasında yaranan  mübahisə bıçaqlanma ilə nəticələnib. 

Faktla bağlı Sabirabad polis şöbəsi tərəfindən araşdırma aparılır.

07.10.2023 23:57
364

(MGID): :
OXŞAR XƏBƏRLƏR