Oktyabrın 7-də axşam saatlarında Sabirabad rayonunun Çöl Dəllək kənd sakini, 1991-ci il təvəllüdlü S.Dəmirovun kəsilmiş-deşilmiş xəsarət alması barədə polisə məlumat daxil olub.
Panarama.az bildirir ki, Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şirvan regional qrupundan Lent.az-a verilən məlumata görə, cinayət əməlini törətməkdə şübhəli bilinən şəxsin saxlanılması istiqamətində tədbirlər görülür.
Əlavə məlumat veriləcəkdir.
*** 22.02
Sabirabad sakini çoxsaylı bıçaq xəsarətləri ilə xəstəxanaya yerləşdirlib.
Panarama.az-ın lent.az-a istinadən məlumatına görə, Sabirabad rayonunun Dəllək kənd sakini, 1991-ci il təvəllüdlü Dəmirov Samir Sadiq oğlu bədəninin müxtəlif nahiyələrindən bıçaq yaraları ilə Şirvan şəhər xəstəxanasına yerləşdirlib və əməliyyata götürülüb.
Bildirilir ki, S.Dəmirov həmkəndlisi tərəfindən bıçaqlanıb. Belə ki, toy mərasimində iştirak edən həmkəndlilər arasında yaranan mübahisə bıçaqlanma ilə nəticələnib.
Faktla bağlı Sabirabad polis şöbəsi tərəfindən araşdırma aparılır.