Toylardakı menyudan danışan Alim Qasımov: "O yeməklər adamı..." - VİDEO
Xalq artisti Alim Qasımov yeni açıqlaması ilə diqqət çəkib. Panarama.az baku.ws-ə istinadən bildirir ki, "Maqazin plus" verilişinə danışan sənətçi retoranlardakı toy menyularının çoxluğundan şikayətlənib. Qasımov bidirib ki, belə olan halda yeməklər sağlamlığa zərər vurur: "Toylarda çeşidli menyuya ehtiyac yoxdur. Bu daha da israfçılıqdır. Mənə elə gəlir ki, toya səmimi olduğun adamları çağırmaq lazımdır və stolların üzərini o qədər doldurmağa ehtiyac yoxdur. O yeməklər daha da adamı xəstələndirir. Bu toylardan sonra bizdə apteklər, klinikalar artdı. Mən hərdən müalicəyə gedirəm. Görürəm hər yer doludur. Əvvəllər isə belə şey yox idi". Ətraflı videoda: