(MGID): :
681edb736032f202505255203
Toyu yasa çevirən 15 yaşlı Əlinin FOTOSU

Bərdədə çaydan meyiti tapılan 15 yaşlı yeniyetmənin görüntüsü yayılıb.

Panarama.az "Qafqazinfo"ya istinadən həmin fotonu təqdim edir:


18:48


Bərdədə çayda boğulan 15 yaşlı yeniyetmənin meyiti tapılıb.

Panarama.az xəbər verir ki, bu barədə Oxu.Az-a Fövqəladə Hallar Nazirliyindən (FHN) məlumat verilib.

Qeyd olunub ki, Nazirliyin "112" qaynar telefon xəttinə Tərtər çayının Bərdə şəhərindən keçən hissəsində 1 nəfərin batması barədə məlumat daxil olub.

Məlumatla əlaqədar əraziyə cəlb olunan FHN-in Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-xilasediciləri tərəfindən çayda batmış 2010-cu il təvəllüdlü Əli Bəxtiyar oğlu Fərəcovun cəsədi suda tapılıb çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.



17:07


Bərdədə 15 yaşlı yeniyetmə Tərtər çayında boğulub.

Panarama.az "Report"a istinadən xəbər verir ki, Ağdam rayon sakini 2010-cu il təvəllüdlü Əli Fərəcov Tərtər çayının Bərdə şəhəri ərazisindən keçən hissəsində boğulub.

Hələlik onun hansı şəraitdə çaya düşdüyü məlum deyil.

İlkin məlumata görə, Ə.Fərəcov Tərtər çayının sahilinə yaxın olan şadlıq saraylarından birində toyda iştirak edib.

10.05.2025 08:50
423

(MGID): :
OXŞAR XƏBƏRLƏR