669368b1b1c29202407245705
Trampa mitinq zamanı atəş açıldı - VİDEO

Silahlı hücumü mitinqin canlı yayımlandığı yutub kanalı vasitəsilə hamı görə bilib. 

Görüntülərdə atəş səslərinin eşidildiyi, Trampın qulağından zədələndiyi əks olunub.

Qısa müddət sonra eks-prezident kürsüdən uzaqlaşdırılıb. Atəş açanın kimliyi məlum deyil, o hələ yaxalanmayıb.

Qeyd edək ki, Donald Trampın Pensilvaniyada keçirilən mitinq zamanı ona qarşı uğursuz sui-qəsd cəhdindən sonra yaxşı olduğunu açıqlanıb.

Bu barədə sabiq prezidentin sözçüsü Stiven Çunun bəyanatında bildirilib:

“Prezident Tramp hüquq-mühafizə orqanlarına və ilk müdaxilə edənlərə bu iyrənc hadisə zamanı çevik hərəkətlərinə görə təşəkkür edir. Onun vəziyyəti yaxşıdır və yerli tibb müəssisəsində müayinə olunur”. /baku.ws



14.07.2024 09:54
229

(MGID): :
OXŞAR XƏBƏRLƏR