ABŞ-də keçirilən prezident seçkilərində Donald Trampın daha çox səs qazanması dolları bahalaşdırır.
Panarama.az Sfera.az-a istinadən xəbər verir ki, seçki günündən əvvəl 103,3 olan Dollar indeksi bu gün 105 həddinə çatıb.
Dolların bahalaşması avro ilə məzənnədə də özünü göstərir. Seçkidən əvvəl 1,093 dollar olan avro, hazırda 1,073 həddinə düşüb.