651522e12c241202309235321
Trombun qarşısını almaq üçün həkimdən sadə məsləhət
Sadə gündəlik hərəkətlər venalarda trombozun qarşısını effektiv ala bilər.
Panarama.az “Medicina”-ya istinadən xəbər verir ki, kardioloq Aleksandr Kolobayev trombların əslində, həm zərərli, həm faydalı olduğunu bildirib.
Gel kimi olan tromblar qanaxmanı dayandırmaq üçün rol oynayır. Vena və arteriyalarda yaranan tıxac kimi tromblar isə insult və infarkt riskini artırır.

“Sağlam, gənc, orta yaşlı insanlar həyat tərzinə korrektə verən kimi bu təhlükəli proses riskini azalda bilər.

Bunun üçün piyada gəzmək və pilləkən çıxıb düşməkdir. İnsan təkamül prosesində dabandan yuxarı doğru hərəkət edərək, sonra qarına çatan hərəkətlərlə qan dövranını aktivləşdirməyə öyrəşib. Gündə 5000 addım mütləqdir. Gəzə bilməyənlər isə sadəcə oturduğu yerdə və ya uzanılı vəziyyətdə velosiped sürürmüş kimi hərəkətlər, dairəvi hərəkətlər etmək lazımdır.
Trombun yaranmasının səbəbi aşağı ətraflarda qan dövranı pozulmasıdır.
Gel şəkilli yumşaq bərkimələr qan durğunluğu zamanı yaranır. Çünki qan nə qədər yaxşı, sürətlə axırsa, onun laxtalanma ehtimalı bir o qədər çətindir.
İnsan nə qədər tez gəzirsə, idmanla, fiziki hərəkətlərlə məşğul olursa, qan damarda bir o qədər sürətlə qovulur.
Amma əgər sizdə artıq tromb, qan qatılaşması və varikoz varsa, mütləq müalicə olunmalıdır.
Varikoz genişlənmə artıq damar divarının dəyişdiyini göstərir və qan dövranını pisləşdirir.
Varikozda yuxarı qovulan qan yenidən geri ayaqlara yığılıb, orda durğunluq yaradacaq.
Venalarda toplanıb qalmış qan qatılaşılar, tromb dərin venalara qədər gedir”.
28.09.2023 10:52
326

(MGID): :
OXŞAR XƏBƏRLƏR