64e01cc841035202308233712
Türk alimləri kosmosda bitki yetişdirəcək

Türk alimləri kosmosda bitkilərə genetik müdaxilə edərək müdaxilənin effektivliyini müşahidə edəcək. 

Panarama.az Gundem.az-a istinadən bildirir ki, xarici mətbuatın verdiyi xəbərə görə, tükiyəli alimlər cümhuriyyətin 100-cü ildönümündə keçiriləcək kosmos səyahəti zamanı 13 fərqli təcrübə həyata keçirəcəklər. Bu barədə Türkiyə Kosmik Agentliyi məlumat verib. 

Bildirilib ki, layihənin məqsədi molekulyar biologiyanın müasir gen redaktə üsullarından biri olan CRISPR texnikasının bitkilər üzərində effektivliyini araşdırmaqdır. Qeyd edilib ki, bitkilərdən süni ekosistemdə oksigen mənbəyi təmin etmək üçün istifadə edilə bilər:

"Bu araşdırmadan sonra gələcəkdə qida mənbəyi ola biləcək bitkilərdən ekosistem yaratmaq və bu ekosistem daxilində oksigen mənbəyi təmin etmək üçün istifadə edilə bilər”. 

19.08.2023 05:35
191

(MGID): :
OXŞAR XƏBƏRLƏR