Türkan Əliyevanın “Cartoon Stars on Holiday” adlı sərgisi KEÇİRİLDİ... FOTO/VİDEO
Bu gün ki, müsahibimiz rəssam Türkan Əliyevadır. 1990-cı il 26 avqustda Bakı şəhərində anadan olan Türkan xanım elə uşaq yaşlarından rəsmə böyük maraqla yanaşmışdır. Türkan xanım 25-dən çox sərgilərdə öz əl işlərini nümayiş etdirmişdir.Artıq 5 ildir rəssamımız müxtəlif yaş təbəqələrindən ibarət olan şagirdlər yetişdirməkdədir. Bu sərgi Türkan xanımın tələbələri ilə təşkil etdiyi 3-cü qrup sərgisidir. “Cartoon Stars on Holiday”adlı sərgidə 56 şagirdin 64 əsəri nümayiş olunmaqdadır. Burada tələbələr Cizgi film qəhrəmanlarını özünəməxsus tərzdə çəkib, onlara həm rəng, həm millilik, həm də gülüş qatmağı bacarıblar. Əsərlər müxtəlif ölçülərdə,yağlı boya ilə kətan üzərində əks olunmuşdur.Bu əsərlər ilə yaxından tanış olaq:Sonda Türkan xanıma dəvətinə görə saytımız adından dərin təşəkkürümüzü bildirir və ona bu yolda uğurlar arzulayırıq.Panarama.az