666d994c1ce76202406243820
Türkan Əliyevanın "İlham" adlı yaradıcılıq sərgisi keçirildi... FOTO
Panarama.az-ın bu günki, müsahibi gənc rəssam Türkan Xanlar qızı Əliyevadır. 
1990-cı il 26 avqust Bakı şəhərində anadan olan Türkan xanım elə uşaq vaxtlarından rəsmə böyük maraqla yanaşmışdır. 9 yaşından - 15 yaşınadək Uşaq Yaradıcılıq Mərkəzində rəsm dərnəklərinə getmiş və müxtəlif müsabiqələrdə iştirak edib, dəfələrlə I yerə layiq görülmüşdür.


Müsahibimiz bildirir ki, ilk dəfə portret əsərində Ümummilli Liderimiz Heydər Əliyevi çəkmişdir.
O, bu rəsm əsərini 14 saata ərsəyə gətirdiyini bildirir.


Türkan xanım 15-dən çox sərgilərdə iştirak etmiş və öz əl işlərini nümayiş etdirmişdir.




Hal-hazırda gənc rəssamımız müxtəlif yaş təbəqələrindən ibarət olan şagirdlər yetişdirməkdədir.

Bu gün də Xətai Sənət Mərkəzində Türkan xanımın  şagirdlərinin çəkdikləri rəsmlərdən  ibarət "İlham" adlı sərgi təşkil olunmuşdur. Burada 46 şagirdin 61 ədəd müxtəlif janrlarda və fərqli texnikalarda işlənən rəsmləri nümayiş olunmaqdadır.

Bu rəsmlər ilə yaxından tanış olaq:






















Sonda Türkan xanıma dəvətinə görə  Panarama.az saytı adından təşəkkürümüzü bildirir,   ona və yetişməkdə olan rəssamlarına bu yolda uğurlar arzu edirik !



15.06.2024 16:23
462

(MGID): :
OXŞAR XƏBƏRLƏR