66ad5511d947d202408245217
Türkiyə aviaşirkətləri Tehrana uçuşları ləğv edib?


Tehran hava limanı Türkiyə aviaşirkətlərinin İrana uçuşlarının ləğvi ilə bağlı xəbərləri təkzib edib.

İranın paytaxtı Tehranın İmam Xomeyni hava limanının baş direktoru Səid Çələndəri türk aviaşirkətlərinin İrana uçuşlarının ləğvi ilə bağlı xəbərləri yanlış adlandırıb.

Oxu.Az xəbər verir ki, bu barədə İranın Mehr agentliyi məlumat yayıb.

"Türkiyədən İrana və əksinə uçuşlar normal şəkildə həyata keçirilir, Türk Hava Yollarının reysləri qrafikə uyğun həyata keçirilir. Şirkətin yalnız iki reysi səhərə qədər təxirə salınıb", - deyə hava limanının direktoru bildirib.

***

01:06

Türkiyənin "Turkish Airlines" və "Ajet" aviaşirkətləri şənbə gününə keçən gecə Tehrana uçuşları ləğv edib və ya vaxtını dəyişdirib.

Panarama.az xəbər verir ki, bu barədə mülki aviasiya xəbərləri üzrə ixtisaslaşmış "HavaSosyalMedya" portalı məlumat yayıb.

Məlumata görə, ümumilikdə, söhbət İstanbul və Ankaradan 14 uçuşdan, eləcə də geri dönüş reyslərindən gedir. Qəbul edilən qərarların səbəbləri açıqlanmır.

Öz növbəsində, "Türkiye" qəzeti iddia edir ki, uçuşların ləğvi və təxirə salınmasına iyulun 31-də İranın Prezidenti Məsud Pezeşkian andiçmə mərasimində iştirak etmək üçün Tehranda səfərdə olan HƏMAS Siyasi Bürosunun rəhbəri İsmayıl Haniyənin ölümünə cavab olaraq İranın şənbə gecəsi İsrailə zərbə endirəcəyi qorxusu səbəb ola bilər./oxu.az 

03.08.2024 01:51
200

(MGID): :
OXŞAR XƏBƏRLƏR