Türkiyədə “Bursaspor” - “Diyarbəkirspor" matçında kütləvi dava baş verib.
Panarama.az Referans.az-a istinadən xəbər verir ki, oyunda qonaq komandadan Bünyamin Yürürün vurduğu qoldan sonra azarkeşlərə ünvanladığı hərəkət meydanda xaosa səbəb olub.
Hər iki komandanın futbolçuları arasında kütləvi dava başlayıb. Nəticədə beş futbolçu qırmızı vərəqə alıb - Çağatay Yılmaz (Bursaspor), Bilal Güney (Bursaspor), Serhat Enes Çalışan (Diyarbekirspor), Cem Çelik (Diyarbekirspor), Bünyamin Yürür (Diyarbekirspor).
Meydana daxil olan azarkeş isə saxlanılıb.
Qeyd edek ki, Türkiyə 2-ci liqasında baş tutan matç "Diyarbekirspor"un səfərdə "Bursaspor" üzərində 2-0 hesablı qələbəsi ilə başa çatıb.
Həmin görüntüləri təqdim edirik: