Türkiyə Ukrayna limanlarından taxıl daşıyan gəmilərin Bosfor və Dardanel boğazlarından maneəsiz keçməsinə zəmanət verməyə hazırdır.
Panarama.az BAKU.WS-ə istinadən xəbər verir ki, bu barədə “Haber Global” televiziya telekanalı Türkiyə Milli Müdafiə Nazirliyindəki mənbələrə istinadən məlumat yayıb.
“Bizə məlum olduğu qədərilə, Ukraynadan bir dənə də olsun gəmi hərəkətə başlamayıb. Amma əgər gəmilər gələrsə, boğazlardan buraxılacaqlar”, - Müdafiə Nazirliyindəki mənbə bildirib.