670f5a9074031202410241752
Türkiyə yenidən silkələndi

Türkiyənin Sivas vilayətində 4,7 və 4,1 maqnitudalı iki zəlzələ baş verib.

Panarama.az Oxu.az-a istinadən xəbər verir ki, bu barədə ölkənin Fövqəladə Halların İdarə Olunması Agentliyi (AFAD) məlumat yayıb.

Bildirilib ki, zəlzələ ocağı 10,57 kilometr dərinlikdə yerləşib.

Qeyd olunur ki, zəlzələ ətraf əyalətlərdə də hiss olunub. Hələlik xəsarət alanlar və dağıntı haqqında məlumat verilmir.

Xatırladaq ki, dünən Malatyada 5.9 bal gücündə zəlzələ baş verib. Yeraltı təkanlar Diyarbəkir, Şanlıurfa, Elazığ, Batman və Tunceli vilayətlərində də hiss edilib.

17.10.2024 13:27
226

(MGID): :
OXŞAR XƏBƏRLƏR