653b3cdc43787202310233020
Türkiyədə gəmidə dəhşətli partlayış baş verdi: Yaralananlar var
Türkiyənin Muğla vilayətinin Fethiye sahillərində üzən yük gəmisində güclü partlayış baş verib.

Panarama.az
Demokrat.az-a istinadən xəbər verir ki, bu barədə "Anadolu" agentliyi məlumat yayıb.

Məlumata əsasən, 75 metr uzunluğundakı  yük gəmisində naməlum səbəbdən partlayış baş verib.

Bölgəyə Sahil Təhlükəsizliyi Baş İdarəsi, Çimərlik Təhlükəsizlik idarəsinin üzvləri və dəniz polis qrupları  göndərilib.

İlkin baxış zamanı partlayışda 4 nəfərin ağır yaralandığı müəyyən edilib.

Yaralılar xəstəxanaya çatdırılıb və müalicəsinə başlanılıb.

Hadisə ilə bağlı araşdırmalar davam etdirilir.


27.10.2023 08:28
315

(MGID): :
OXŞAR XƏBƏRLƏR