Türkiyənin Qəhrəmanmaraş vilayətinin Onikişubat ilçəsində 4,3 bal gücündə zəlzələ baş verib.
Panarama.az Gundem.az-a istinadən xəbər verir ki, bu barədə Türkiyənin Fövqəladə Halların İdarəolunması Agentliyi məlumat yayıb.
Ölkənin daxili işlər naziri Əli Yerliqaya zəlzələ ilə bağlı hər hansı tələfat, yaxud dağıntının baş vermədiyini bildirib.