678c1ab9e9e64202501251849
Türkiyədə küçə itləri 12 yaşlı qızı parçaladılar....VİDEO

Türkiyənin Hakkari vilayətinin Yüksekova rayonunda sahibsiz itlərin hücumu nəticəsində ağır yaralanan 12 yaşlı Eslem Teker bütün tibbi müdaxilələrə baxmayaraq, həyatını itirib.

Panarama.az Oxu.az-a istinadən xəbər verir ki, bu barədə "Haber Global" məlumat yayıb.

Məlumata görə, məktəbli qız rayon kitabxanasından kitab almaq üçün evinin yaxınlığındakı boş əraziyə çıxarkən sahibsiz itlərin hücumuna məruz qalıb.

Ətrafdakı insanlar tərəfindən xilas edilən Teker ağır yaralanıb.

Təcili yardımla Yüksekova Dövlət Xəstəxanasına aparılan qızı xilas etmək mümkün olmayıb.



19.01.2025 01:24
240

(MGID): :
OXŞAR XƏBƏRLƏR