Türkiyənin Adıyaman vilayətinin Gölbaşı ilçəsində 4,1 bal gücündə zəlzələ baş verib.
Panarama.az Gundem.az-a istinadən xəbər verir ki, bu barədə Türkiyənin Fövqəladə Halların İdarəolunması Agentliyi (AFAD) məlumat yayıb.
Təkanlar yerin 5,43 km dərinliyində meydana gəlib.
Dağıntı və tələfat yoxdur.