652fdd2524fce202310232701
Türkiyədə üç günlük matəm elan olundu

Qəzzadakı müharibədə həyatını itirənlərlə bağlı Türkiyədə 3 günlük matəm elan olunub.

Panarama.az xəbər verir ki, bu barədə hakim Ədalət və İnkişaf Partiyası (AK Parti) məlumat yayıb.

Bildirilib ki, Qəzzadakı xəstəxanaya hücumla əlaqədər ölkədə matəm elan olunur. Bu barədə Prezident Rəcəb Tayyib Ərdoğan sərəncam imzalayıb.

Sabah bir çox yerlərdə bayraqlar yarıya endiriləcək.

Qeyd edək ki, Qəzzadakı xəstəxanaya dünən raket hücumu olub. Hadisə nəticəsində 800-ə yaxın dinc fələstinli həlak olub./redaktor.az

18.10.2023 17:25
676

(MGID): :
OXŞAR XƏBƏRLƏR