Türkiyənin Bolu vilayətində yerləşən "Kartalkaya" xizək mərkəzindəki hoteldə baş verən yanğında ölənlərin sayı artıb.
Türkiyənin Bolu vilayətində yerləşən "Kartalkaya" xizək mərkəzindəki hoteldə baş verən yanğında ölənlərin sayı artıb.
Panarama.az bildirir ki, Oxu.Az "Haber Global"a istinadən xəbər verir ki, bu barədə Türkiyənin daxili işlər naziri Əli Yerlikaya məlumat verib.
Onun sözlərinə görə, hadisə nəticəsində 76 nəfər ölüb: "Ölənlərdən 52-sinin şəxsiyyəti müəyyən edilib, 45-nin meyiti yaxınlarına təhvil verilib. İstintaq zamanı indiyədək 9 nəfər saxlanılıb".
Qeyd edək ki, yanğınla bağlı Türkiyədə birgünlük matəm elan edilib.
17:59
Türkiyənin Bolu bölgəsinin Kartalkaya Xizək Mərkəzində hoteldə baş verən yanğına görə dörd nəfər saxlanılıb.
Panarama.az Oxu.az-a istinadən xəbər verir ki, bu barədə Türkiyənin ədliyyə naziri Yılmaz Tunc məlumat verib.
16:38
Türkiyənin Bolu bölgəsinin Kartalkaya Xizək Mərkəzinin hotelində baş verən yanğın nəticəsində ölənlərin sayı 66 nəfərə çatıb, 51 nəfər yaralanıb.
Oxu.Az xəbər verir ki, bu barədə Türkiyənin daxili işlər naziri Ali Yerlikaya məlumat verib.
A.Yerlikaya xəsarət alanlardan birinin vəziyyətinin ağır olduğunu bildirib.
Qeyd edək ki, yanğının səbəbi barədə hələ də açıqlama verilməyib.
12:50
Türkiyənin "Haber Global" televiziya kanalının jurnalisti bu gün güclü yanğının baş verdiyi Kartalkaya xizək kurortu mərkəzindən son məlumatları verib.
Panarama.az bildirir ki, Oxu.Az xəbər verir ki, jurnalist canlı bağlantı zamanı 10 nəfərin ölümü ilə nəticələnən yanğının hələ də davam etdiyini bildirib.
"Hazırda Fövqəladə Halların İdarə Olunması Agentliyinin onlarla texnikası, həmçinin təcili tibbi yardım xidmətinin maşınları hotelin ətrafını dövrəyə alıb. Yanğını nəzarət altına almaq mümkün olmayıb. Təəssüflər olsun ki, hələ də hotelin içində insanların olduğu, onlarla əlaqə yaratmağın mümkün olmadığı bildirilir", - deyə jurnalist qeyd edib.