64d7b773a0259202308234643
Türkiyədə yenə zəlzələ baş verdi

Türkiyənin Malatya vilayətində yenidən zəlzələ olub.

Panarama.az xəbər verir ki, bu barədə AFAD-ın rəsmi tviter səhifəsində məlumat yayılıb.

Bildirilib ki, vilayətin Yeşilyurt rayonunda baş verən yeraltı təkan Rixter şkalası üzrə 4.5 ballıq maqnituda ilə qiymətləndirilib.

Ocağı yerin 7 kilometr dərinliyində yerləşən zəlzələdən sonra itki və dağıntılar barədə məlumat verilməyib.

12.08.2023 20:44
189

(MGID): :
OXŞAR XƏBƏRLƏR