657df9e528a8f202312232629
Türkiyədə zəlzələ oldu

Türkiyənin Aralıq dənizi sahillərində zəlzələ olub.

Panarama.az referans.az-a istinadən xəbər verir ki, bu barədə Kandilli Rəsədxanasının rəsmi X səhifəsində məlumat yayılıb.

Bildirilib ki, Muğla vilayəti istiqamətində baş verən yeraltı təkan Rixter şkalası üzrə 4 ballıq maqnituda ilə qiymətləndirilib.

Ocağı yerin 24.9 kilometr dərinliyində yerləşən zəlzələdən sonra itki və dağıntılar barədə məlumat verilməyib.

16.12.2023 23:25
258

(MGID): :
OXŞAR XƏBƏRLƏR