Türkiyəli aktrisa Sevil Akdağ mübahisə etdiyi sosial media fenomeni olan rəfiqəsi Elif Kıravı bıçaqlayaraq öldürüb.
Panarama.az "Haber Global"a istinadən xəbər verir ki, aktrisa daha sonra biləklərini kəsərək rəfiqəsinin evindən qaçıb.
Polis bölgədəki təhlükəsizlik kameralarını araşdırdıqdan sonra tez bir müddətdə aktrisanı saxlayıb.
"Səbəbsiz yerə mübahisə etdik, çox sərxoş idim və nə baş verdiyini dəqiq xatırlamıram. Qorxdum və qaçdım", - Sevil Akdağ polisə verdiyi ilk ifadəsində bildirib.
Qeyd edək ki, S.Akdağ "Yasak Elma", "Arka Sokaklar", "Tutunamayanlar", "Kardeşlerim" və digər seriallarda rol alıb./oxu.az