Ucarda fərdi yaşayış evi yanıb.
Panarama.az-ın APA-ya istinadla xəbərinə görə, hadisə gecə saatlarında rayonun Qazyan kəndində qeydə alınıb.
Rayon sakini, 1965-ci il təvəllüdlü Qədir Qoca oğlu Nuriyevə məxsus ümumi sahəsi, 400 kvadratmetr olan 6 otaqdan ibarət evdə güclü yanğın baş verib. Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin Ucar və Göyçay Rayon Yanğından Mühafizə Hissəsinin texnikası və canlı qüvvəsi cəlb olunub. Yanğın zamanı ev əşyaları ilə birlikdə, bundan əlavə evə bitişik 40 kvadratmetrlik tövlə, 120 kvadratmetrlik artırma və orada olan "Mercedes" və "VAZ-21015" markalı minik avtomobilləri tamamilə yanıb.
Yanğının hansı səbəbdən baş verməsi hələlik məlum deyil. Fakt araşdırılır.