64ddc7a182f38202308230921
Ukraynada qətlə yetirilən azərbaycanlıların nəşləri vətənə gətirilərək dəfn edilib - FOTO

Ukraynanın Xerson vilayətində Rusiya hərbçiləri tərəfindən qətlə yetirilən həmyerlilərimiz Orxan Mahir oğlu Əzizov və Ramiz Abuzər oğlu Qədirovun nəşləri Vətənə gətirilib.

Panarama.az report-a istinadən xəbər verir ki, onların meyitləri bu gün səhər saat 5 radələrində Zərdab rayonunun Məmmədqasımlı kəndinə gətirilib.

Kənd məscidində cənazə namazı qılındıqdan sonra onların nəşləri Məmmədqasımlı kənd qəbiristanlığında torpağa tapşırılıb.

Qeyd edək ki, qətl edilənlərin hər ikisi ailəli idi və azyaşlı övladları var.

Ailə üzvlərindən bildiriblər ki, Ramiz və Orxan təqribən beş ay əvvəl Ukraynaya işləmək məqsədilə gediblərmiş.

Xatırladaq ki, avqustun 13-də gecə saatlarında Rusiya ordusuna məxsus tank azərbaycanlıların idarə etdiyi meyvə-tərəvəzlə dolu avtomobilin üzərindən keçib. Hadisə zamanı hər iki şəxs həlak olub.

17.08.2023 11:04
141

(MGID): :
OXŞAR XƏBƏRLƏR