653f6e2982a5d202310234945
2024-cü il üçün ünvanlı sosial yardımın məbləği AÇIQLANDI...

Azərbaycanda 2024-cü ildə ünvanlı sosial yardımın məbləği 270 manat olacaq.

Panarama.az bildirir ki, Musavat.com-un əldə etdiyi məlumata görə, bu, Hesablama Palatasının "2024-cü ilin dövlət büdcəsi haqqında” qanun layihəsinə rəyində əksini tapıb.

Sənədə əsasən, bu, 2023-cü illə müqayisədə 24 manat və yaxud 9,8 % çoxdur.

Ünvanlı sosial yardıma paralel olaraq ehtiyac meyarı da eyni məbləğdə artırılaraq 270 manata çatdırılır.

30.10.2023 12:47
1082

(MGID): :
OXŞAR XƏBƏRLƏR