686f6267826be202507254911

Uşaq Qəbələdə kirayə tutduqları villanın hovuzunda boğuldu

10 İyul 2025
141

Qəbələdə faciəvi hadisə baş verib.

 

Panarama.az Sfera.az-a istinadən xəbər verir ki, Bakının Qaradağ rayonu Lökbatan qəsəbə sakini 2021-ci il təvəllüdlü C.Qasımova rayonun Vəndam qəsəbəsindəki villanın həyətindəki hovuza düşüb. Hadisə dünən saat 18 radələrində qeydə alınıb. 

 

Azyaşlı valideynləri ilə birgə kirayə qalmaq məqsədilə tutduqları evin həyətindəki hovuza diqqətsizlikdən düşərək boğulub. Onun həyatını xilas etmək mümkün olmayıb.

 

Faktla bağlı Qəbələ Rayon Prokurorluğunda araşdırma aparılır.