668684becad0b202407241718
“Uşaq xəstə olub, bilmədən öldürüb..." - Dayısı Əhmədi MÜDAFİƏ ETDİ - VİDEO

“Uşaq xəstə olub, bilmədən bu işləri görüb. Bir dayı kimi zərərçəkmiş də, vuran da, ölən də mənimdir”.

 

Panarama.az Sfera.az-a istinadən xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında ailə üzvlərini qətlə yetirməkdə təqsirləndirilən Əhməd Əhmədovun dayısı Baxış Bədəlov deyib.

Qeyd edək ki, bu gün ailə üzvlərini qətlə yetirməkdə təqsirləndirilən Əhməd Əhmədovun cinayət işi üzrə məhkəmə prosesi keçirilib. 25 yaşlı Əhməd Əhmədov valideynlərini, 9 yaşlı qardaşını, bacısını və onun azyaşlı qızını xüsusi amansızlıqla öldürməkdə ittiham olunur.

 

Xatırladaq ki, bu gün prokurorluğun məhkəməyə göndərdiyi qərarda da Əhmədin hadisəni anlaqsız vəziyyətdə törətdiyi qeyd edilib. 


04.07.2024 15:11
401

(MGID): :
OXŞAR XƏBƏRLƏR