64df625213fb2202308232138
Uşaqların döyüldüyü sığınacağın sahibinə hökm oxundu

Uşaqlara əzab verməkdə ittiham olunan “Sevgi evi” Qadın və Uşaq sığınacağının sahibi Könül Qasımovanın cinayət işi üzrə məhkəmə araşdırması başa çatıb.

Panarama.az  "Qafqazinfo"ya istinadən bildirir ki, Sabunçu Rayon Məhkəməsində keçirilən sonuncu iclasda hökm oxunub.

Hökmə əsasən K.Qasımovaya 2 il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilib.

Təqsirləndirilən şəxsin himayəsində azyaşlı övladı olması səbəbindən qanunvericiliyə uyğun olaraq uşaq 14 yaşına çatana qədən cəzanın çəkilməsi təxirə salınıb.

Xatırladaq ki, Könül Qasımovanın sahibi olduğu sığınacaqda 2022-ci ilin fevral ayının sonundan may ayının əvvəlinə qədər saxlanılmış C.M-nın (şərti) müxtəlif psixi və fiziki zorakılığa məruz qaldığı, həmçinin onun sığınacaqdakı digər azyaşlılara da psixi və fiziki zorakılıq göstərilməsinə şahid olduğu müəyyən edilib. Bundan başqa sığınacaqda saxlanılan digər iki azyaşlının bədəni üzərində xəsarət izləri aşkar edilib.

Faktla bağlı Cinayət Məcəlləsinin 309.1 (vəzifəli şəxs tərəfindən xidməti səlahiyyətlərinin hüdudlarından açıq-aşkar surətdə kənara çıxan hərəkətlər etməsi dövlətin qanunla qorunan mənafelərinə mühüm zərər vurduqda), 133.2.1 (iki və ya daha çox şəxsə qarşı əzab vermə) və 133.2.4-cü (təqsirkar şəxs üçün aşkar surətdə yetkinlik yaşına çatmayan, habelə köməksiz vəziyyətdə olan şəxsə qarşı əzab vermə) maddələri ilə cinayət işi başlanılıb, K.Qasımova barəsində istintaq müddətində həbsə alternativ qətimkan tədbiri seçilib.

18.08.2023 16:19
168

(MGID): :
OXŞAR XƏBƏRLƏR