67f9daa186ca2202504251441
Üzdəki ləkələri aparan və dərini ağardan DÜYÜ MASKASI

Üzdəki ləkələr bir çoxlarımızı narahat edir. Panarama.az -ın ailem.az-a istinadən verəcəyi düyü maskası ilə dərinizdə yaranan tünd ləkələrdən qurtula biləcəksiniz.

Düyü suyu maskası

1-ci mərhələ

Bir kasaya 2 fincan düyü tökün. Qabın yarısı dolana qədər isti su əlavə edin. Və qaşıqla qarışdırın.

2-ci mərhələ

Düyünün suyu çıxana qədər qarışdırın. Düyünün suyunun çıxması üçün 30 dəqiqə saxlayın. Daha sonra düyünü suyundan ayırın.

3-cü mərhələ

Maskanızı istifadə etmək üçün kağız dəsmal seçin. Kağız dəsmalın göz və ağız qismlərini kəsin. Daha sonra kağız dəsmalınızı düyü maskasının içinə batırın.

4-cü mərhələ

Kağız dəsmalı düyü maskasından çıxarın və sıxın. Sonra onu üzünüzdə 15 dəqiqə saxlayın.

Düyü unlu maska 

1-ci mərhələ

Bıçaqla kiçik bir kartof soyun və rəndələyin.

2-ci mərhələ

Rəndələnmiş kartof suyunu bir kasaya sıxın.

3-cü mərhələ

Kartof suyuna düyü unu qatın, hər səfərində bir tutam düyü unu əlavə edin.

4-cü mərhələ

Hazır olan maskanı üzünüzə masaj şəklində vurub 15 dəqiqə saxlayın. Sonra ilıq su ilə durulayın.

Südlü düyü maskası:

Bir ovuc düyünü üyüdün. Bir stəkan südü əldə etdiyiniz una əlavə edib qarışdırın.

Məcunu üzünüzə və boynunuza vurub, 20-30 dəqiqə saxlayın. İlıq su ilə durulayın.

Hər həftə bir neçə dəfə bu maskaları tətbiq etdiyinizdə 1 ay ərzində dərinizin daha ağ və canlı görünəcəyini hiss edəcəksiniz.

Düyü maskası sadəcə dərinizi ağartmır, həm də qırışları azaldır.

12.04.2025 07:08
267

(MGID): :
OXŞAR XƏBƏRLƏR