66e2a6fb61009202409243155
Valideyinlərə ŞAD XƏBƏR: Sünnət pulsuz oldu

Cərrahi prosedur sayılan sirkumsiziya (sünnət) əməliyyatı cinsiyyət orqanının (pülüyün) üzərində və onu əhatələyən dəridən bir hissəsinin kəsilib çıxarılmasıdır. Prosedur icbari tibbi sığorta hesabına tibbi göstəriş əsasında həyata keçirilir.

Panarama.az xəbər verir ki, bu barədə İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin məlumatında bildirilib.

Sünnət üçün əsas tibbi göstərişlərə fimoz (pülük dərisinin daralması), parafimoz (pülük dərisinin sıxılması) və balanopostit kimi tez-tez rast gəlinən iltihabi xəstəliklər daxildir. Sünnət həmçinin sidik yollarının infeksiyalarının, o cümlədən insan immunçatışmazlığı virusu (HİV) və cinsiyyət orqanı xərçənginin riskini azaltmaq üçün profilaktik tədbir kimi həyata keçirilə bilər.

Əməliyyat xəstənin yaşına və ümumi sağlamlıq vəziyyətinə görə yerli və ya ümumi anesteziya (sedasiya) altında həyata keçirilir. Prosedur təxminən 30 dəqiqə davam edir və əksər hallarda xəstə həmin gün evə buraxıla bilər. Vurğulayaq ki, prosedur zamanı istifadə olunan anesteziya xidməti icbari tibbi sığorta ilə qarşılanır.

Sünnət olunmazdan əvvəl bir sıra tibbi müayinələrdən keçmək lazımdır. Ümumi sağlamlıq vəziyyətinin qiymətləndirilməsi üçün ixtisaslı həkim müayinəsi, əlavə olaraq qanın ümumi və bəzi infeksion xəstəliklərin analizi, koaquloqramma (qanın laxtalanması) yoxlanılır. Onu da bildirək ki, qeyd edilən əməliyyat önü müayinə, laborator analizlər, əməliyyat zamanı istifadə olunan dərman və tibbi sərf icbari tibbi sığorta hesabına qarşılanır.
Məlumat üçün bildirək ki, cari ilin 6 ayı ərzində icbari tibbi sığorta ilə 15 mindən çox sünnət əməliyyatı icra olunub.

Bu əməliyyatlar icbari tibbi sığorta hesabına TƏBİB-in tabeliyindəki dövlət tibb müəssisələrində və Səhiyyə Nazirliyinin K.Y.Fərəcova adına Elmi-Tədqiqat Pediatriya İnstitutunda həkim göstərişi əsasında həyata keçirilir./qlobal.net 

12.09.2024 12:29
167

(MGID): :
OXŞAR XƏBƏRLƏR