652a7d9b06136202310233803
Valideyinlərin DİQQƏTİNƏ! - Məktəblərdə dərs VAXTI DƏYİŞDİRİLİR?
"Təklif edirəm ki, orta məktəblərimizdə yuxarı siniflərlə ibtidai siniflərin dərs vaxtının başlaması fərqlənsin. Yuxarı siniflər daha erkən, yəni saat 08:00-da, ibtidai siniflər isə 09:00 və ya 09:30-da dərsə gəlsin”.

Panarama bildirir ki, bunu Qaynarinfo-ya açıqlamasında təhsil eksperti Kamran Əsədov müğənni Nura Surinin mövcud iş və məktəb saatları ilə bağlı səsləndirdiyi fikirlərə münasibət bildirərkən deyib.

Ekspert bildirib ki, yollardakı tıxacları da nəzər alsaq, şagird dərs başlayan saatda məktəbə çatmaq üçün gərək heç olmasa 1 saat öncədən yuxudan oyansın:
"Apardığım müşahidələr göstərir ki, I sinif şagirdi səhərin çox erkən saatlarında oynamağa çətinlik çəkir. Bir məqalədə oxumuşdum ki, amerikalı təhsil üzrə ekspert Paul Kelley orta məktəblərdə yaşlara görə dərs saatlarının başlanma və bitmə müddətinin fərqləndirilməsini təklif edir. Onun fikrincə, aşağı sinif şagirdləri dərsə 08:30-da, yuxarı sinif şagirdləri isə saat 11 radələrində dərsə başlamalıdırlar. Bu onların informasiyanı qavramaları baxımından daha effektli ola bilər.

Kamran Əsədov dərs saatının keyfiyyət baxımdan çox önəmli olduğunu hesab edir:

"Dərs saatının müddəti uşağın zehni qavraması və inkişafı baxımdan da çox önəm daşıyır. Şagirdin tələblərə cavab verməsi üçün dərs saatının müddəti önəmli amildir. Qərb ölkələrində şagirdlər təhsilin idarəçiliyində ayrılmaz vasitəçidirlər. Burada şagirdlər sanki rəhbərlik statusundadırlar. Dünyanın təhsil sahəsində öndə gedən ölkələrinin təcrübəsinə baxdıqda görürük ki, həmin ölkələrdə məktəblərin, demək olar ki, əksəriyyəti birnövbəlidir. Dərslər saat 9:00-da başlayıb, 16:00-da bitir. Bir sinifdə gün ərzində maksimum 6 saat dərs tədris olunur. Dərslərarası fasilə, yəni tənəffüs 20-30, hətta 40-50 dəqiqəyə qədər uzanır. Bundan başqa, müəllim gün ərzində 30-40 dəqiqəlik fasilələrlə maksimum 5 saat dərs deyə bilər. Bir müəllimin gün ərzində 5 saatdan çox deyəcəyi dərs keyfiyyətli hesab olunmur”.Ətraflı
Ekspert qeyd edib ki, I sinfə gedənlər 3 saat dərs keçirlər:

"Bu müddət uzun olmadığına görə, dərslər saat 09:00-da da başlaya bilər. Bu halda uşaqlar üçün səmərəlilik daha artıq ola bilər. Təhsil haqqında qanunvericilik aktlarına görə hazırda orta məktəblərdə I siniflər də daxil olmaqla, bütün siniflər üzrə dərs saatının konkret hansı saatda başlanılması ilə bağlı reqlament yoxdur. Yəni məktəblər bu saatları ETN-nin təsdiqlədiyi tədris planlarına və dərs yükünə uyğun müəyyən edir. Buna görə də məktəblərin I siniflərində bu amilləri nəzərə almaqla, dərslərin bir qədər geç başlanması mümkündür”.

Onun fikirincə, uşaqlar səhər saatlarında yuxudan oyanmaq və dərsə gəlməkdə çətinlik çəkirlər:

"Hesab edirəm ki, şəhərin nəqliyyatın sıx ərazilərində yerləşən ali təhsil müəssələrində də dərslər 09:00-da, bəzilərində isə saat 10:00-da başlamalıdır, musiqi və ifaçılıqla bağlı təhsil müəsisələrində isə dərslərin daha gec – saat 10:30 və saat 11:00-da başlanması uyğun olar. "İçərişəhər” metrosunun ətrafında bir neçə ali və orta təhsil müəssisəsi var - bütün bunları nəzərə alaraq onların iş qrafiklərində diferensiyalaşma aparılmalıdır ki, həm sərnişin, həm nəqliyyat vasitələrinin sayı, həm işçilərin gəlməsi müəyyən qədər asanlaşsın. Bu kimi yerlər çoxdur”.

Qeyd edək ki, müğənni Nura Suri mövcud iş və məktəb saatlarından gileylənib. O, bu qrafikin tıxaca da səbəb oluğunu bildirib:

"İnsan payız və qış aylarında səhər tezdən məktəbə və ya işə niyə getməlidir ki? Bu vaxt məsələsini kim fikirləşib? Olmaz ki, məktəb və bəzi iş yerləri saat 10-da başlasın? Həm insanlar eyni vaxtda yola çıxmaz, tıxac azalar, həm də ki, uşaqlar yorulmaz".  
14.10.2023 15:37
587

(MGID): :
OXŞAR XƏBƏRLƏR