Rəsmi valyuta məzənnələri ilə bağlı son durum açıqlanıb. Bu günə olan məlumata görə, ABŞ dollarının məzənnəsi dəyişməyərək 1,7000 manat olub.
Panarama.az Yenisabah.az-a istinadla xəbər verir ki, avronun məzənnəsi bahalaşaraq 1.8423 manat, 1 Rusiya rublunun məzənnəsi sabit qalaraq 0.0184 manat, 1 Türkiyə lirəsinin məzənnəsi ucuzlaşaraq 0.0530 manat təşkil edib.
Bundan başqa, 100 İran rialının məzənnəsi sabit qalaraq 0.0040 manat, 1 Gürcüstan larisinin məzənnəsi bahalaşaraq 0.6355 manat olub.