64ec8de7b38eb202308230703
Van Damın gəlini ərindən yazdı: "Bu adamın sözün əsl mənasında ..."

Söz verdiyim kimi, sən uzaqda olsan belə məşqlərə davam edirəm.

Panarama.az  Publika.az-a istinadən  xəbər verir ki, bu sözləri dünya şöhrətli aktyor Jan-Klod VanDamın oğlu Kristofer Van Damla ailə quran azərbaycanlı pianoçu Suada Hacızadə sosial mediada yazıb. Azərbaycanlı musiqiçi bildirib ki, həyat yoldaşına müntəzəm olaraq idmanla məşğul olmağa söz verib və bu vədinə əml edir.

"Və eynilə bu reallıq kimi, pijama şalvarımda və "Powerpuff girls" köynəyimdə, gündəlik işlərlə məşğul oluram. Bəli, bir qolum digərindən güclüdür, amma bilirsiniz, heç olmasa yeniyetmə vaxtımdakı kimi tənbəl deyiləm. Onda istəmədiyim şeyləri etməyə məcbur oldum, indi bunu istədiyim üçün edirəm, heç kimə heç nə sübut etmək üçün deyil, özüm və mənə "Bir gün başa düşəcəksən ki, buna dəyərdi", "Səni bu işə saldığım üçün mənə təşəkkür edəcəkən" və s. deyən sevgilim üçün. Bəli, artıq təşəkkür etməliyəm. Başlanğıc üçün, motivasiya üçün.

Çünki o, ən pis vəziyyətdə olanda, işdən sonra çox yorğun olanda, hətta gecə yarısı olsa belə, idman salonuna gedəcək, tər tökəcək və məşq edəcək, əzələlərini inkişaf etdirəcək və sonra istirahət edəcək. Bu adamın sözün əsl mənasında 36 illik həyatı boyunca idmanla məşğul olduğunu bildiyim halda, eləcə oturub heç bir şey etmədiyimi təsəvvür edin, həqiqətən əla formadadır və hələ də hər gün ən yaxşı formada olduğunu düşünmədən və heç bir bəhanəsi olmadan bunu edir", - Suada yazıb.

Qeyd edək ki, Suada Hacızadə hazırda həyat yoldaşı ilə birlikdə Amerikada yaşayır.


28.08.2023 16:05
246

(MGID): :
OXŞAR XƏBƏRLƏR