Bərdə rayonunda maraqlı hadisə baş verib.
Panarama.az Lent-az-a istinadən xəbər verir ki, yeni ticarət obyekti tikdirən bir nəfər mülkünə göz dəyməsin deyə üzərlik yandıraraq başına fırladıb.
Lakin maraqlısı budur ki, iki mərtəbəli obyektin üstünə üzərlik tüstüsü vermək üçün o, kran çağırıb və vedrədə yandırdığı üzərliyi bu üsulla binanın başına fırlada bilib.
Hadisə sosial şəbəkələrdə maraqla qarşılanıb.