Xəbər verdiyimiz kimi, tanınmış aktyor Azər Baxşəliyev müalicə aldığı xəstəxanada vəfat edib.
Panarama.az xəbər verir ki, aktyorun bir müddət əvvəl verdiyi açıqlama yenidən gündəmə gəlib. O, açıqlamasında ölümdən qorxmadığını bildirib:
"Ölüm elə ola bilər ki, sənə qorxu imkanı yaratmasın. Ölüm sən gözləmədiyin bir vaxtda gələ bilər. Bu hamının başına gələcək. Bunu olduğu kimi qəbul eləmək lazımdır"./metbuat.az