Ötən gün vəfat edən “Best Model of Türkiye”nin yaradıcısı Erkan Özermanın bir müddət əvvəl verdiyi qalmaqallı açıqlamasını yenidən gündəmə gəlib.
BAKU.WS Türkiyə KİV-ə istinadən xəbər verir ki, sağlığında Gökay Kalaycıoğlunun layihəsinə qonaq olan Özerman öldükdən sonra yandırılmaq istədiyini söyləmişdi:
"Məsciddə hər hansı bir mərasim təşkil edilməsin. Məni məclis təşkil etmədən son mənzilə yola salın. Çünki o yas məclisləri kokteyl gecələrinə bənzəyir. İnsanlar orada bir-birlərinə vizitkartlarını verib, görüş təşkil edirlər. Televiziyalarda reklama çəkilirlər. Mən bu cür təlxəklik istəmirəm. Məni öləndə yandırsınlar. Yandırmasalar nə edəcəklər? Gətirib ana və atamın qəbri içinə qoyacaqlar".
Xatırladaq ki, məşhur menecer və “Best Model of Türkiye”nin yaradıcısı Erkan Özerman 86 yaşında müalicə aldığı xəstəxanada vəfat edib. O xərçəng xəstəliyindən əziyyət çəkirdi.